49 saylı "İntellekt"məktəb liseyində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

49 saylı "İntellekt"məktəb liseyində  8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • Təhsil

  • Noyabrın 4-də Səbail rayonu Rafael Hüseynov adına 49 nömrəli " İntellekt" məktəb liseyin 1ç sinifində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sinif rəhbəri Afət Hacıyeva "8 Noyabr" Zəfər günü ilə bağlı hazırladığı tədbirdə birincilər şeirlər söyləyib, mahnılar oxudu, rəqs etdilər, səhnəciklər göstərdilər. Tədbir çox maraqlı keçdi.

    www.leqal.az


    PAYLAŞ:

    Oxşar xəbərlər