Monitorinq: 46 məktəb rəhbərinə xəbərdarlıq edilib

Monitorinq: 46 məktəb rəhbərinə xəbərdarlıq edilib
  • Təhsil

  • LEQAL.AZ  xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə oktyabrın 7-dən 9-dək 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb.

    Təhsil Nazirliyindən azərtac-a bildirilib ki, monitorinq nəticəsində 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsinə əsasən müəyyənləşdirilən vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.

    Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib. Monitorinqin ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilən digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər