Vətən müharibəsində şanlı Qələbəmizin birinci ildönümü ilə əlaqədar olaraq Bakının Səbail rayonundakı 162 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Məktəblilər əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Sonra hər bir şagird tərəfindən sevimli Vətənimizi, doğma Qarabağımızı və şanlı Zəfərimizi tərənnüm edən şeirlər səsləndirilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın şəkillərini əllərində bayrağımız qədər əziz tutan şagirdlər bu tədbirə çox ciddi, məsuliyyətlə hazırlaşmışdılar.
Qeyd edək ki, məktəbdə vaxtaşırı olaraq şagirdlərə işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı məlumatlar verilir.
Müəllif: LEQAL.AZ