ADPU-da koronavirusa görə bağlanan qrupların sayı 14-ə çatdı

ADPU-da koronavirusa görə bağlanan qrupların sayı 14-ə çatdı
  • Təhsil

  • Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hazırda 12 qrupda dərslər onlayn formatda keçirilir.

    Leqal.az-ın məlumatına görə, buna səbəb tələbələr arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır. 

    Universitetin mətbuat katibi Cavid Hüseynov oxu.aqz-a açıqlamasında bildirib ki, əyani dərslər bərpa ediləndən indiyə kimi 14 qrup 14 günlük onlayn tədrisə keçib:

    “Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20 363 nəfər tələbə təhsil alır.

    29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlayıb. Dərslər həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına əməl olunur. Ötən dövr ərzində 14 qrupda COVID-19 virusuna yoluxma faktı qeydə alınıb. 

    Universitetin poliklinikası və şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti ilə həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib, ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər