Kubanın dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib

Kubanın dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib
  • Siyasət

  • Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel BermudesAzərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

    LEQAL.AZ xəbər verir ki, məktubda deyilir:

    "Cənab Prezident.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

    Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".
    PAYLAŞ:

    Oxşar xəbərlər