Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
  • Siyasət

  • Yeni atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.
    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
    Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.
    PAYLAŞ:

    Oxşar xəbərlər