Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
  • Siyasət

  • Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Bu barədə LEQAL.AZ-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

    Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər