Yanvarın 27-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.
Bu barədə LEQAL.AZ-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.