Hulusi Akar: Nargin adasında əsir saxlanılan türk əsgərlərinə kömək edən Azərbaycan xalqına minnətdarıq

Hulusi Akar: Nargin adasında əsir saxlanılan türk əsgərlərinə kömək edən Azərbaycan xalqına minnətdarıq
  • Siyasət

  • Nargin adasında (indiki Böyük Zirə adası) əsir saxlanılan türk əsgərlərinə “Bir millət, iki dövlət!” düşüncəsi ilə kömək edən Azərbaycan xalqına minnətdarlığımızı bildiririk. Biz də haqlı mübarizəsində bütün imkanlarımızla sonadək can qardaşlarımızın yanındayıq. Azərbaycanlı qardaşlarımızla kədərimiz də, sevincimiz də birdir.

    LEQAL.AZ xəbər verir ki, bu fikirlər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Sarıqamış şəhidlərini anma günü ilə bağlı yayımladığı müraciətdə yer alıb.

    Tarixdə və xalqın yaddaşında dərin və kədərli iz qoyan Sarıqamış hərəkatının 105-ci ildönümü ilə bağlı yayımlanan müraciətdə qeyd olunub: “Ağır qış şərtlərində şəhidlik zirvəsinə ucalan on minlərlə əsgərimizlə yanaşı, onlara qış geyimləri, ərzaq, silah-sursat çatdırmaq üçün yola çıxan və Qara dənizdə batırılan “Bezm-i Alem”, “Bahr-i Ahmer” və “Mitat Paşa” gəmilərinin fədakar heyətinin üzvləri də “Sarıqamışın dəniz şəhidləri” olaraq ehtiramla anılırlar. Şanlı tariximiz boyunca ordu-millət anlayışı ilə yoğurulan və şəhidlik zirvəsinə yüksəlməyi özünə şərəf bilən millətimiz şəhidlərimizin fədakarlığını və qəhrəmanlığını nəsillər dəyişdikcə hörmət və minnət duyğuları ilə yad edəcək, onların əziz xatirələrini sonsuza qədər yaşadacaq.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər