Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb - SƏRƏNCAM

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb - SƏRƏNCAM
  • Siyasət

  • Dekabrın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında” Sərəncam imzalayıb.

    LEQAL.AZ xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

    Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 82 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 2 general-leytenant, 2 general-mayor, 10 polkovnik və başqaları var.
    PAYLAŞ:

    Oxşar xəbərlər