Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Leqal.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.