Füzuli rayonunun Alxanlı kəndi ərazisində bir ədəd ağ fosfor tərkibli top mərmisi zərərsizləşdirilib - VİDEO

Füzuli rayonunun Alxanlı kəndi ərazisində bir ədəd ağ fosfor tərkibli top mərmisi zərərsizləşdirilib - VİDEO
  • Siyasət

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) qrupları dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndi ərazisində bir ədəd tüstülü ağ fosfor tərkibli 122 millimetrlik top mərmisi aşkarlayıblar. Həmin mərmi bu gün zərərsizləşdirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib.

    Qəzənfər Əhmədov qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan ağ fosfor tərkibli sursatdır. Ermənistan tərəfindən birinci dəfə oktyabrın 8-də Füzuli rayonu ərazisinə ağ fosfor tərkibli sursat atılmışdı. Biz onu aşkar etmişdik. Daha sonra Tərtər rayonunun Səhləbad kəndinə noyabrın 4-də və 5-də iki ədəd ağ fosfor tərkibli sursat atılmışdı. Bundan əvvəl isə 2016-cı ilin mayında Tərtərin Əskipara kəndində bir ədəd ağ fosfor tərkibli 122 millimetrlik mərmi aşkarlanmışdı.


    PAYLAŞ:

    Oxşar xəbərlər