İlham Əliyev: Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır

İlham Əliyev:  Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır
  • Siyasət


  • Dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir. Hər şeyi dağıdılıb , mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır.

    LEQAL.AZ
    xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımlarda bildirib.

    Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik.

    Bizim Qələbəmiz yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də şərlə mübarizədir. Çünki biz qurub yaradan xalqıq. Xalqımız bir daha öz böyüklüyünü gösterişərəcək.

    Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradın sahibi kimi.

    Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


    PAYLAŞ:

    Oxşar xəbərlər