Çavuşoğlu Pompeo ilə görüşdən imtina etdi - Təcili

Çavuşoğlu Pompeo ilə görüşdən imtina etdi - Təcili
  • Siyasət

  • Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə İstanbulda görüşməkdən imtina edib.

    LEQAL.AZ teleqraf.com-a istinadən  xəbər verir ki, bu barədə "Bloomberg.news" məlumat yayıb.

    Bundan əvvəl Dövlət Departamenti Pompeonun Avropa və Yaxın Şərqə on günlük səyahətə çıxdığını elan edib. Açıqlamada Pompeonun görüşlərində dünyadakı dini azadlıqlarla bağlı müzakirənin üstünlük təşkil edəcəyi vurğulanıb.

    Dövlət katibinin İstanbul patriarxı I Bortolomeylə görüşü də protokola daxil edilib.

    Səyahət elanında Pompeonun Türkiyə rəsmiləri ilə görüşü haqda informasiya olmayıb. Mayk Pompeo Mövlud Çavuşoğlu ilə İstanbulda görüşməyə hazır olduğunu qeyd edib. Lakin iddiaya görə, Mövlud Çavuşoğlu bu təklifi rədd edib.

    Dövlət Departamentindəki mənbə isə Pomponun yüksək rütbəli türk rəsmiləri ilə bağlı görüşü haqda elanda məlumatın olmamasını “protokol xətası” adlandırıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər