Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib

Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib
  • Siyasət

  • Almaniyanın Münhen şəhərində Munhen Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə avtoyürüş keçirilib. LEQAL.AZ azərtac-a istinadən  xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin mərkəzi meydan və prospektlərindən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər