Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
  • Siyasət

  • Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə də təcavüzkar tərəfin məğlubiyyət öhdəliklərinə münasibəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş şəkildə işıqlandırılmaqda davam edir.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Ermənistanın işğalçılıq siyasəti əsasında Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilərin rayonu tərk edərkən zəbt etdikləri evləri və meşələri yandırması KİV-lər tərəfindən insanlığa yaraşmayan vəhşilik kimi dəyərləndirilir. Vurğulanır ki, bu torpaqlar və evlər ermənilərə məxsus olmadığından və onlar geri qayıda bilməyəcəklərini dərk etdiklərindən Azərbaycana qarşı sonuncu düşmənçilik imkanlarını bu yolla həyata keçirirlər. Baş verənlər təcavüzkar Ermənistanın hərbi-siyasi məğlubiyyətini həzm edə bilməməsinin nəticəsi olmaqla bərabər, insanlıq cinayəti və ekoloji terrordur.

    PAYLAŞ:

    Oxşar xəbərlər