Xarici İşlər Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.
Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.
“Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz ümummilli liderimizi dərin minnətdarlıqla anırıq”, - deyə qeyd olunub.