Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb.
Bu barədə Leqal.az Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.