Rusiya Prezidenti Vladimir Putin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlənməyəcəyinə ümid bəslədiyini bildirib.
LEQAL.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vladimir Putin deyib: “Ümid edirəm ki, biz artıq “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsindən istifadə etməyəcəyik”.
Rusiya Prezidenti, həmçinin ümid etdiyini bildirib ki, tezliklə başqa məsələlərin, xüsusən humanitar mövzuların müzakirəsinə başlanılacaq.