İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib
  • Siyasət / Maraqlı

  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

    Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər