Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

    Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

    Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər