Küçə siyasətçisi Nikol Paşinyan canlı yayımda biabır oldu

Küçə siyasətçisi Nikol Paşinyan canlı yayımda biabır oldu
  • Siyasət

  • Bir neçə gündür gizlənmədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan nəhayət ki, üzə çıxıb.

    LEQAL.AZ teleqrafcom-a istinadən xəbər verir ki, Nikol Paşinyan bu gün ölkənin prezidenti Armen Sərkisyanla görüşəndən sonra ənənəsinə sadiq qalaraq “Feysbuk”da canlı yayım açaraq ölkə vətəndaşlarına müraciət edib. Ancaq efir zamanı texniki problem baş verib. Belə ki, Paşinyanın səsi eşidilməyib. Eyni vaxtda minlərlə insan videonun altında şərh yazaraq baş nazirin səsinin eşidilmədiyini bildirib.

    Nəticədə Nikol Paşinyan 4 dəqiqə 48 saniyəyə yaxın çıxış etdikdən sonra canlı yayım dayandırılıb.

    Qeyd edək ki, canlı yayım eyni vaxtda 51 min nəfərdən çox insan tərəfindən izlənilirdi.

    Daha sonra N.Paşinyan ikinci dəfə canlı yayıma çıxıb. Bu dəfə isə o, 2 dəqiqə 9 saniyə canlı yayımda olub. Yenə də səs eşidilməyib. Yalnız küy eşidilib. Nəticədə bu canlı yayım da kəsilib. Sonradan hər iki video “Feysbuk”dan silinib.
    PAYLAŞ:

    Oxşar xəbərlər