Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb.
LEQAL.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.
Daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.