"Qrant haqqında" Qanunda dəyişiklik edilib

"Qrant haqqında" Qanunda dəyişiklik edilib
  • Siyasət

  • Prezident İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

    Qanuna əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə aşağıdakı məzmunda 2-2-ci hissə əlavə edilib:

    “2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.
    PAYLAŞ:

    Oxşar xəbərlər