20 Yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün aylıq məbləği 600 manata çatdırıldı - Fərman

20 Yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün aylıq məbləği 600 manata çatdırıldı - Fərman
  • Siyasət

  • Prezident İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilir.

    İndiyə qədər bu məbləğ 500 manat idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər