Azərbaycanda ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında deyilir.
Tədbirlər Planına əsasən təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi də nəzərdə tutulur.