Prezident İlham Əliyev “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
Qanunu imzalayıb.
LEQAL.AZ xəbər verir ki, sənədə əsasən, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilir.