Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.