Laçında minaya düşənlərdən biri ölüb

Laçında minaya düşənlərdən biri ölüb
  • Siyasət

  • Laçın rayonunda minaya düşən şəxslərdən biri ölüb.

    Trend-in məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada keçinib.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a faktı təsdiqləyiblər.

    Xatırladaq ki, dünən Laçın rayonunun Suarası kəndində təmir tikinti işləri ilə məşğul olan 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

    Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər