Prezident İlham Əliyev Elçin Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
LEQAL.AZ-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilsin.
Qeyd edək ki, dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib