Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabr ayının 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Müdafiə Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 km-dən çox yeni təminat yolları çəkilib. Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1796 ədəd yol tanıtma nişanları quraşdırılıb.