Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
LEQAL.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.
İclas işini geniş tərkibdə davam etdirir.