Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabırın 30-da Bolqarıstanda rəsmi səfərdə olmuşdur.
Görüşdə dövlətimizin başçısı Azərbaycanla Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Azərbaycanla Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Baş nazir müxtəlif sahələrdə geniş gündəlik əsasında əlaqələrin daha da inkişafı üçün böyük imkanların olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bundan irəli gələn məsələlərin icrası baxımından ölkəmizin xüsusi rolu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Bizim üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır. Sülh müqaviləsindən yalnız Azərbaycan deyil, bütün region ölkələri böyük dividentlər əldə edəcəklər. Vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olunmasında hətta bir-birinə qarşı zidd mövqelərə malik güclər də həmfikirdir. Belə ki,
Qarabağda əməkdaşlıq yalnız Azərbaycanın deyil, dünyanın maraq dairəsindədir. Təbii ki, bu marağı və indiki reallığı yaratmaq elə də asan başa gəlməmişdir. Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu uğurlara malik ola bilmişdir. Əldə etdiyimiz diplomatik uğurlarımız da, hərbi nəaliyyətlərimiz kimi Prezident İlham Əliyevin dövlət başçısı kimi dünyada böyük nüfuzunun nəticəsidir.
Ceyhun Hüseynov
Masallı MRX İƏ söbəsinin mütəxəssisi