Cari ilin 30 sentyabr tarixində İlham Əliyevin Bolqarıstana rəsmi səfəri baş tutub.Səfər Bolqarıstanın paytaxtı Sofiya şəhərində olub.Qeyd edək ki,Prezident İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb.Prezident çox mehriban münasibətin şahidi olmuşdur. Səfərin əvvəlində hər iki dövlətin himnləri səsləndirilmiş, fəxri qarovul dəstəsinin qarşısından keçmişlər.Hər iki tərəfin nümayəndə hökumətinin üzvləri qarşı tərəfə hörmətlə təqdim olunmuşdur.Bundan başqa prezidentlərin Sofiyada təkbətək görüşü də baş tutmuşdur.
Səfər zamanı İlham Əliyev öz çıxışında Bolqarıstan və Azərbaycanın iki dost və strateji tərəfdaş olduğunu qeyd etmişdir.Bundan əvvəlki görüşlərdə hər iki ölkənin səfərlərinin nəticələrinin uğurlu olduğunu qeyd edərək,bu görüşün də uğurundan bəhs etmişdir.Bolqarıstan və Azərbaycanın 2015- ci il Birgə Bəyannaməsinin əlaqələrimizin yüksək səviyyəyə qaldırdığını qeyd etmişdir.O cümlədən, İlham Əliyev Azərbaycan qazının hal- hazırda Bolqarıstanda olduğunu qeyd etmişdir. Azərbaycan xam neft və qaz ixrac edən bir ölkə kimi etibarlı tərəfdaşdır.Bu yaxın zamanlarda Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlığı sayəsində daha da qaz ixracatının artacağı qeyd edilmişdir.Həmçinin Azərbaycanda nəqliyyat infrastrukturunun inkişaf etdiyi və Bolqarıstanla bir araya gəlməli olduğunu və genişmiqyaslı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmadı haqqında da danışılmışdır. Bundan başqa Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Radevi Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektoru layihəsi münasibətilə də təbrik etmiş və bu layihənin böyük əhəmiyyətə malik olduğundan bəhs etmişdir.
Eyni zamanda onu da qeyd etməliyik ki,SOCAR- ın Bolqarıstanda yeni ofisinin açılması məsələsi də müzakirə olunub.Prezidentimiz enerji sahəsində təkcə təbii qazın ixracı ilə kifayətlənməməli olduğumuzu bildirmişdir. Qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişlər,enerji ilə yanaşı iqtisadi və ticarət əlaqələrinin də inkişafına toxunulmuşdur.Prezident İlham Əliyev Azərbaycan və Bolqarıstanın qarşılıqlı dostluq əlaqələrinə inanaraq hər iki ölkənin biznes cəmiyyətlərinin birgə layihələrdə iştirak etməli olduğunu qeyd etmişdir."Ümid edirəm ki,bu görüşdən sonra da bizim şirkətlərlə müqvilələr vasitəsilə çalışacaqsınız" - deyə prezidentimiz qeyd etmişdir.Həmçinin görüşdə Azərbaycandakı investisiya imkanları və biznes barədə bolqarıstanlı i. adamlarına məlumat verilmişdir.Eyni zamanda bəzi sənaye sahələri ilə bağlı layihə təqdimatları oldu və bəzi şirkərlərin artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini vurğulamışlar. Bundan başqa bu görüş ərəfəsində İlham Əliyevin şərəfinə şam yeməyi də təşkil olunmuşdur . Sonda onu qeyd etmək olar ki, görüş zamanı bir çox məsələlərə,həmçinin diplomatik münasibətlərin qurulmasının 30 illik tarxindən də danışılmışdır. Bundan sonra da 2 dost ,mehriban münasibətlər xavam edəcək.Ölkə prezidentimiz bütün ölkələrlə diplomatik münasitlərinə həmişə yüksək dəyər vermişdir və bunu ağıllı,uzaqgörən qərarları ilə həyata keçirməyi bacarmışdır.
Görüşün sonunda Prezident İlham Əliyev gördüyü mehriban münasibətə görə Bolqarıstan ölkə başçısına təşəkkürünü bildirmişdir.
Aytən Cəfərova
Masallı rayonu Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi