Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” və “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.
LEQAL.AZ xəbər verir ki, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən üç təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
“Tərəqqi” medalı ilə təltif edilənlər:
Abdullayev Elşad Tofiq oğlu
Əsədov Xəmməd Əsəd oğlu
Hüseynov İslam Əhməd oğlu
Qədməliyev Rəşadət Nüsrəddin oğlu
Məmmədov Namiq Eldar oğlu
Seyidzadə Etibar Vaqif oğlu
Səlimov Rəşad Allahverdi oğlu
Sərkərli Mahir Sədaqət oğlu.
“Əməkdar müəllim” fəxri adı verilənlər:
Kərimov Nazim Baxış oğlu
Qarayev Fuad Abdurahman oğlu
Quliyev Rafiq Meyxoş oğlu.