Ceyhun Bayramov Cenevrədə İsveçrə dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov Cenevrədə İsveçrə dövlət katibi ilə görüşüb
  • Siyasət

  • Xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə İsveçrə dövlət katibi Livia Leu ilə görüşüb.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə C.Bayramov "Twitter" səhifəsində bildirib.

    "Həmkarımı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş barədə məlumatlandırıb. İsveçrə tərəfinə qonaqpərvərliyə və regionumuzda sülhə rəvac verəcəyinə ümid etdiyimiz görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - C.Bayramov deyib.

    Qeyd edək ki, 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər