Laçın şəhərində 2 nömrəli tam orta məktəb binası əsaslı təmir və bərpa olunacaq -

Laçın şəhərində 2 nömrəli tam orta məktəb binası əsaslı təmir və bərpa olunacaq -
  • Siyasət

  • Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılsın.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər