Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib.
LEQAL.AZ-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, həmin dövlət orqanları aşağıdakılardır:
1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.
2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.
3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.
4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.