Prezident İlham Əliyev:” Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir ”

Prezident İlham Əliyev:” Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir ”
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov  20 aprel 2022-ci il tarixdə mətbuata bəyanatla çıxış ediblər. Ölkə başçımız  cənab İlham Əliyev İki dost və qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə  çatdığını vurğulamışdır.Ölkələr arasında imzalanan on sənədin ikisinin-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulayan cənab İlham Əliyev bu  sənədlərin iki ölkə arasında münasibətlərin xarakterini və formasını qabaqcadan müəyyən edəcəyini demişdir.Prezident strateji tərəfdaşlığı qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi kimi dəyərləndirmişdir.

    Qırğızıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev demişdir:” Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT,İslam Əməkdaşlıq  Təşkilatı,Türk Dövlətləri Təşkilatı,ECO  çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik“. “Liman infrastrukturunun imkanlarının qırğız qardaşlarımızın sərənçamındadır”-Prezident demişdir: “ Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb”. Cənab Prezident Azərbaycan şirkətlərinin bu görüşə marağının olduğunu xüsusi qeyd etmişdir: “ Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu,əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək”.

    Ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdiyini deyən Prezident müvafiq nazirlərə konkret tapşırıqlar verdiyini vurğulamışdır:” Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir.Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir.Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik.Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk.Şuşa şəhərinin bərpası üzrə plamlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.”

    Mətbuata çıxışı zamanı Qırğızıstan Prezidenti Sadır Japarov  səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə ölkəmizin başçısına və bütün Azərbaycan xalqına dərin minnətdarlığını bildirmişdir:” Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir. Liderlər daha yaxşı dünya qurulmasına öz töhfələrini verəcəklərini söyləmişlər.

    İlham Ağayev,
    Hişkədərə kənd tam orta məktəbinin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər