NATO-da KRİTİK TOPLANTI: "Gələcəyimiz üçün çox əhəmiyyətli dövrdəyik"

NATO-da KRİTİK TOPLANTI: "Gələcəyimiz üçün çox əhəmiyyətli dövrdəyik"
  • Siyasət / Maraqlı

  • NATO ölkələrinin xarici işlər nazirlərinin Belçikada görüşü başlayıb.

    "Leqal.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

    Bildirilib ki, iki gün davam edəcək görüşdə ilk növbədə Ukraynadakı son hadisələr müzakirə olunacaq.

    Ətraflı

    İclasın açılışında ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq çıxış ediblər.

    Blinken, müttəfiqlərin Rusiyanın Ukraynaya hücumundan bir neçə ay əvvəl başlayan fövqəladə əməkdaşlıq və koordinasiya ilə hər məsələdə məsləhətləşdiklərini və bu gün də, sabah da davam edəcəklərini bildirib.

    Müharibə başlayandan bəri Ukraynanı dəstəkləmək, Rusiyaya fövqəladə təzyiq göstərmək və NATO-nun müdafiəsini təmin etmək kimi üçlü strategiyanı izlədiklərini deyən Blinken bildirib: “Bu gün və sabah təkcə bu səyləri necə davam etdirə biləcəyimizdən danışmayacağıq, həm də onları necə inkişaf etdirə biləcəyimizi müzakirə edəcəyik".

    Blinken, "gələcəyimiz üçün çox əhəmiyyətli bir dövrdəyik", deyərək iyun ayında Madriddə keçiriləcək sammitdə qəbul ediləcək Konsepsiya üçün iki günlük toplantıların əhəmiyyətini vurğulayıb./Publika.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər