Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, 7 mart 2022-ci il tarixinədək Azərbaycana 3 138 nəfər təxliyə olunub:
“Onlardan 1 908 nəfəri çarter reysi, 1 263 nəfəri isə quru yolu vasitəsilə təxliyə olunublar
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək”.
"LEQAL.AZ"