“Rusiya denazifikasiya barədə danışmağı dayandırdı” - Zelenskinin müşaviri

“Rusiya denazifikasiya barədə danışmağı dayandırdı” - Zelenskinin müşaviri
  • Siyasət / Dünya

  • Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna ilə Rusiya arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.

    “Leqal.az” “Unian”a istinadən xəbər verir ki, Arestoviçin sözlərinə görə, ruslar tələbləri tədricən azaldır.

    “Onlar denazifikasiya və s. haqqında danışmağı dayandırdılar. Və onlar blokdankənar status haqqında danışmağa başladılar, hətta bu mövzunun üzərində çox durmadılar. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedirdi”.

    Eyni zamanda o qeyd edib ki, tələblərin bu dərəcə azaldılması onu göstərir ki, Rusiya öz siyasi məqsədlərinə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşür.

    Arestoviç dünənki danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb: “Tərəflər arasında Ukraynanın Rusiya işğalından əziyyət çəkən şəhərlərinə humanitar yardım göstərilməsi və ya humanitar dəhlizlərin təşkili ilə bağlı nəzəri razılaşma əldə olunub”.

    O, bu razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəyini sözlərinə əlavə edib. Qafqazinfo

    Qeyd edək ki, denazifikasiya Ukraynanın nasistlərdən təmizlənməli olduğunu nəzərdə tutur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın hərbi əməliyyatının məqsədinin Ukraynanın silahsızlaşdırılması və denazifikasiyası olduğunu açıqlamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər