Rusiya – Ukrayna danışıqlarında müvəqqəti atəşkəs qərarı alınıb

Rusiya – Ukrayna danışıqlarında müvəqqəti atəşkəs qərarı alınıb
  • Siyasət / Dünya

  • Rusiya – Ukrayna danışıqlarının ikinci raundu başa çatıb.

    Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak məlumat verib.

    Podolyakın sözlərinə görə, tərəflər müvəqqəti atəşkəsi və humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.

    “Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, - deyə Podolyak bildirib.
    Mənbə: TASS

    19:09

    Rusiya – Ukrayna danışıqlarının ikinci raundu keçirilir.

    Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

    O bildirib ki, gündəlikdəki əsas məsələlər dərhal atəşkəsin təmin edilməsi, sülh müqaviləsinin imzalanması, eləcə də atəşə tutulan şəhər və kəndlərdən mülki əhalinin evakuasiyası üçün humanitar dəhlizlərin açılmasıdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər