“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskvadakı görüşü Rusiya tərəfi ilə keçiriləcək”.
“Leqal” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan sabah iki ölkənin xüsusi nümayəndələri arasında keçiriləcək görüş barədə “Armenpress”ə verdiyi açıqlamasında deyib.
O bildirib ki, ilk görüş mahiyyət etibarilə tanışlıq xarakteri daşıyır.
“Bir görüşdən nəzərə çarpacaq dərəcədə nəticələr gözləmək çətindir, lakin bu, prosesi işə salacaq”, - deyə Unanyan qeyd edib.
Onun sözlərinə görə, rəsmi İrəvan hesab edir ki, proses nəticəsində Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında sərhəd açılacaq: “Ermənistan hər zaman bəyan edib ki, hər hansı ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”. /qafqazinfo
LEQAL.AZ