3+2 platformasının ilk iclası keçirilir

3+2 platformasının ilk iclası keçirilir
  • Siyasət

  • Rusiyanın paytaxtı Moskva şəhərində olan Baku TV-nin əməkdaşı Zakir Musayev Regional Əməkdaşlıq Platformasının ilk iclası barədə məlumat verib.

    Bildirib ki, görüşlə bağlı hələ geniş və dəqiq məlumat yoxdu.

    Xatırladaq ki, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranın altı əməkdaşlıq platformasının yaradılması ideyasını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan irəli sürüb.

    Danışıqların 3+3 formatında keçirilməsi təklif olunmuşdu. Daha sonra Gürcüstan Moskva görüşündən imtina edib.

    Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Türkiyə Ermənistan Rusiya və İranın iştirakı ilə Regional Platformanın ilk iclası keçiriləcək.

    İclasda beş ölkənin Xarici İşlər Nazirliklərinin müavinləri iştirak edəcək.

    Daha ətraflı Baku TV-nin süjetində:


    oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər