Prezident: “Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində bizim məscidləri dağıdıb”

Prezident: “Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində bizim məscidləri dağıdıb”
  • Siyasət

  • “2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

    "Leqal"  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı bildirib.

    Prezident qeyd edib: “İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

    Bütün müsəlmanlara qarşı nifrət zəminində Ermənistan bizim məscidləri dağıdıb və təhqir edib”.

    PAYLAŞ:

    Oxşar xəbərlər