“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün böyük önəm daşıyır”.
"CNN Türk” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, "altılıq" platforması da daxil olmaqla, təkliflərimizi yaxşı qiymətləndirməlidir. “İki dövlət, bir millət" prinsipi ilə daima birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”.
Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı axtarışı və məhvetmə fəaliyyətləri davam edir.
“Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.
Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, - deyə Akar qeyd edib.azpolitika
LEQAL.AZ