Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək
  • Siyasət / Maraqlı

  • Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

    Müdafiə Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

    Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər