Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
LEQAL.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər söhbət zamanı Əfqanıstandakı mövcud vəziyyəti müzakirə ediblər.
XİN rəhbərləri bu ölkədə sabitliyin bərpası üçün regional və beynəlxalq aktorların əməkdaşlığının vacib olduğunu vurğulayıblar./publika.az