Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda esse müsabiqəsi elan edib

Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda esse müsabiqəsi elan edib
  • Mədəniyyət

  • F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda 10-17 yaş arası uşaq və yeniyetmələr arasında “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı esse müsabiqəsi elan edib.

    LEQAL.AZ xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq və onlara dəstək olmaqdır.

    Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir. Vətənpərvərlik! Bu sözdə deyil, əməldə olmalıdır. Bu gün hər birimiz Mübariz, Fərid, Polad və digər qəhrəman oğullarımız kimi sinəmizi sipər etməyə hazır olmalıyıq. Vətənpərvər olmaq Vətənin qanadı olmaq deməkdir. O qanad nə qədər güclü olsa, Vətən o qədər ucalacaq, yüksəklərdə olacaq.

    Müsabiqənin şərtlərinə görə, mətninin həcmi 2 səhifədən çox olmamalıdır. Müsabiqəyə yalnız 1 esse təqdim edilə bilər. Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir.

    Esselərin son qəbul tarixi noyabrın 16-da başa çatır. Münsiflər heyəti tərəfindən 3 nəfər qalib seçiləcəkdir. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

    Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

    http://clb.az/-niyyti-gzl-bu-gn-gzl-sabah-parlaq-azrbaycanm-adl-esse-msabiqsi_d3000.html
    PAYLAŞ:

    Oxşar xəbərlər